28 May 10:32 Azərbaycan Çempionlar Liqasına 2 klubla gedə bilər - format dəyişdi
TOP OYUNLARI xəbərləri 28 May 10:32
2690 baxış

Azərbaycan Çempionlar Liqasına 2 klubla gedə bilər - format dəyişdi

Qadın və kişi voleybolçular arasında Çempionlar Liqası 2019-cu ildə yeni formatda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.

 

Qərara əsasən növbəti mövsümdə qruplarda 20 klub yer alacaq. Bunlardan 18-ci birbaşa qrupda iştirak hüququna yiyələnəcəyi halda, digər 2-si təsnifat mərhələlərindən gələcək. Bu mərhələyədək məğlub olacaq komandalar isə mübarizəni CEV kubokunda davam etdirəcəklər.

 

Çempionlar Liqasında oynayacaq 20 komanda 5 qrupa bölünəcək. Hər qrupda 4 klub gücünü yoxlayacaq və 8 kollektiv 1/4 finalda iştirak hüququ qazanacaq. Bu mərhələnin və yarımfinalların 2 matçdan ibarət olması da qərara alınıb. Həmçinin həlledici görüşlər artıq “Dördlər finalı” deyil, “Böyük final” adlanacaq. Kişi və qadın komandalarının final qarşılaşmaları ardıcıl 2 gün ərzində oynanılacaq. “Böyük final” bu mərhələdə çıxış edəcək klubların təmsil etdikləri şəhərdə deyil, CEV-in müəyyənləşdirəcəyi məkanda təşkil ediləcək.

 

2018/2019-cu il mövsümündə Azərbaycana Çempionlar Liqasında 2 yer verilib. Qadın və kişilərdən ibarət komandalarımız qitənin ən mötəbər klub turnirində çıxış etməli olsalar, ilkin mərhələdən yarışa qoşulacaqlar. 3 təsnifat mərhələdən sonra isə qrup oyunları başlayacaq.

 

Qeyd edək ki, yeni mövsümün püşkü iyunun 28-də atılacaq.  

Xəbər lenti