17 Aprel 09:45 Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər
TOP OYUNLARI xəbərləri 17 Aprel 09:45
2032 baxış

Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər

Azərbaycan çempionu “Telekom” 5 voleybolçusu ilə vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın bəzi legionerləri ilə müqaviləsinin başa çatmağıdı.

 

Belə ki, ötən mövsümün əvvəlində transfer olunan Yovana Vesoviç (Serbiya), son 2 ili Bakı klubunda oynayan Kseniya İvanoviç (Monteneqro), Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva və Mariya Filipova (hər ikisi Bolqarıstan) ilə bağlı yekun qərar verilməyib. Onların komandada qalıb-qalmayacağını baş məşqçi Zoran Qayiç müəyyənləşdirəcək.

 

Serbiyalı mütəxəssis 2017/2018 mövsümündə qarşılarına qoyulacaq hədəfə uyğun olaraq, legionerlərin xidməti ilə bağlı qərarını açıqlayacaq.

 

Qeyd edək ki, “Telekom” yeni ildə Çempionlar Liqasında oynayacaq.

 

Xəbər lenti