25 May 11:14 Azərbaycan çempionu Azərbaycana qarşı oynamayacaq
TOP OYUNLARI xəbərləri 25 May 11:14
432 baxış

Azərbaycan çempionu Azərbaycana qarşı oynamayacaq

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycanla oynayacaq balkanlılar komandanın lideri Dobriana Rabadjiyevanın köməyin məhrum olublar.

 

Belə ki, sağ ayağının dabanında problem yaranan 27 yaşlı hücumçu artıq yığmanın düşərgəsindən ayrılıb. Onun mayın 26-da olduğu kimi, 4 gün sonra baş tutacaq cavab görüşündə də komandamıza qarşı oynamayacağı bildirilir.

 

Qeyd edək ki, Rabadjiyeva 2011-2013-cü illərdə Bakının “Rabitə” klubunun şərəfini qoruyub. O, bu komanda ilə 2 dəfə Azərbaycan, 1 dəfə klublararası dünya çempionatının qalibi olub. Dobriana, həmçinin “Rabitə” ilə Çempionlar Liqasının və mundialın finalında da oynayıb. 

 

Xəbər lenti