8 May 09:31 Azərbaycan çempionu Çin klubu ilə anlaşdı
TOP OYUNLARI xəbərləri 8 May 09:31
790 baxış

Azərbaycan çempionu Çin klubu ilə anlaşdı

Bolqarıstan millisinin voleybolçusu Dobriana Rabadjiyeva karyerasını Çində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasına qarşı oynayacaq hücumçu “Everqrande” ilə danışıqları müsbət yekunlaşdırıb.

 

27 yaşlı Rabadjiyeva çinlilərlə 1 illik anlaşıb. Bu, onun Asiyada ilk sınağı olacaq. Dobriana “Everqrande”yə “Qalatasaray”dan transfer edilib. O daha öncə MOİK (Bolqarıstan), “Konegliano” (İtaliya), “Rabitə” (Azərbaycan) və “Volero”da (İsveçrə) forma geyinib.

 

Qeyd edək ki, Rabadjiyeva Bakının “Rabitə” klubunun şərəfini 2011-2013-cü illərdə qoruyub. O, bu komanda ilə 2 dəfə Azərbaycan, 1 dəfə klublararası dünya çempionatının qalibi olub. Dobriana, həmçinin “Rabitə” ilə Çempionlar Liqasının və mundialın finalında da oynayıb. 

Xəbər lenti