10 Noyabr 10:37 Azərbaycan çempionu ilə oyun üçün 3 legioner sifariş etdi
TOP OYUNLARI xəbərləri 10 Noyabr 10:37
499 baxış

Azərbaycan çempionu ilə oyun üçün 3 legioner sifariş etdi

Kiprin “Apoel” voleybol klubunun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın II təsnifat mərhələsində Azərbaycan çempionu “Lokomotiv”in rəqibi olan Nikosiya təmsilçisi avrokubok üçün 13 voleybolçu sifariş edib.

 

Yovan Melkasın çalışdırdığı komandada 3 legioner yer alıb. Onlardan Aleksandro Rodriqueslə Allan Verissimo Silva de Araujo Braziliyadan, Zlatko Pulko Sloveniyadandı.

 

Rəqibimizin tam heyəti belədi:

Toppaylayıcılar: 2. Panaqiotis Çrisostomou, 6. Elias Halloumis

Blokçular: 1. Lambros Hadjipavlou, 4. İoannis Hasikos, 5. Georgios Çrisostomou, 7. Neofitos Kiprianou

Hücumçular: 3. Aleksandro Rodriques, 8. Zlatko Pulko, 10. Omid Homayoun, 12. Kirillos Girgis, 16. Allan Verissimo Silva de Araujo, 18. Stavros Lagou

Libero: 11. Pantelakis Panteli

 

Qeyd edək ki, komandalar arasında ilk görüş noyabrın 21-də Bakıda olacaq. 

Xəbər lenti

Xəbər lenti