27 Fevral 18:27 Azərbaycan çempionu Polşa klubu ilə anlaşdı
TOP OYUNLARI xəbərləri 27 Fevral 18:27
464 baxış

Azərbaycan çempionu Polşa klubu ilə anlaşdı

Qadın voleybolçular arasında “Rabitə” klubu ilə Azərbaycan çempionatının qalibi olan Marçello Abbondanza karyerasını Polşada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis “Ximik” klubu ilə anlaşıb.

 

O, yeni komandasının “sükanı arxasına” 2018/2019 mövsümünün startında keçəcək. Hazırda vətəni İtaliyada “Konegliano”nu çalışdıran Abbondanza müqaviləsinin sonunadək bu klubla birgə olacaq.

 

Qeyd edək ki, Abbondanza 2012/2013 mövsümündə “Rabitə”ni çalışdırıb. Kanada millisinin də baş məşqçisi olan mütəxəssis Bakı təmsilçisini klublararası dünya çempionatında və Çempionlar Liqasında finala da yüksəldib.

Xəbər lenti