[b]Azərbaycan çempionunun “Olimpiakos”la oyununun vaxtı dəqiqləşdi[/b]
28.12.2017 - 15:05
[b]Azərbaycan çempionunun “Olimpiakos”la oyununun vaxtı dəqiqləşdi[/b]

Kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun avrokubokda növbəti görüşünün vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Çelenc Cup”ın 1/8 final mərhələsində Yunanıstan “Olimpiakos”u ilə ilk qarşılaşması yanvarın 17-də olacaq.

 

Pireydə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matç Melina Merkuri Salonunda oynanılacaq. 

0