13 Aprel 09:22 Azərbaycan çempionunun rəqibi dəqiqləşdi
TOP OYUNLARI xəbərləri 13 Aprel 09:22
534 baxış

Azərbaycan çempionunun rəqibi dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off cütləri bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, müntəzəm çempionatın yekununa əsasən müəyyənləşib.

 

Belə ki, “Sərhədçi” ilə “Neftçi”nin 2 tur öncədən qarşılaşacağı bəlli idisə, Azərbaycan çempionu “Lokomotiv”in rəqibi sonuncu – 11-ci turda dəqiqləşib. Əsas mərhələnin birincisi olan Fərid Cəlalovun komandası MOİK-lə qarşılaşacaq.

 

Pley-off mərhələsinin oyunlarına sabah start veriləcək. 2 qələbə qazanacaq komanda finalda iştirak hüququ qazanacaq.

 

Qeyd edək ki, çempionatın əsas hissəsində “Sərhədçi” ikinci, “Neftçi” üçüncü yeri tutub.

Xəbər lenti