[b]Azərbaycan Həndbol Federasiyası problemlə üz-üzə[/b]
10.10.2017 - 13:08
[b]Azərbaycan Həndbol Federasiyası problemlə üz-üzə[/b]

Azərbaycan Həndbol Federasiyası (AHF) ciddi problemlə üzləşib. Apasport.az xəbər verir ki, qurum ötən ilin dekabrından rəsmi saytını istifadəyə verə bilmir.

 

Belə ki, AHF rəhbərliyinin dəyişikliyindən sonra federasiyanın loqosu yeniləndi. Yeni loqo ilə “handball.az” saytının da açılması planlaşdırılsa da, hələ də arzu olaraq qalır.

 

Bu problem isə avrokuboklarda mübarizə aparan “Nur” və “Azəryol” klublarından da yan keçməyib. Azərbaycan çempionu səhifəsini yeniləmədiyi halda, sabiq ABU komandasının Avropa Həndbol Federasiyasına təqdim etdiyi saytda başqa səhifə açılır.

 

Klubların da AHF-nin nəzarətində olduğunu nəzərə alsaq, bu problemin tezliklə aradan qaldırılması gözlənilmir. Çünki qurumun başı gənc nəslin inkişafına deyil, yığma və klublar üçün əcnəbilərin milliləşdirilməsinə qarışıb. 

0