3 Mart 14:23 Azərbaycan klubları irəlilədi
TOP OYUNLARI xəbərləri 3 Mart 14:23
340 baxış

Azərbaycan klubları irəlilədi

Qadın həndbolçulardan ibarət klubların Avropa reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 271 klubu yer alıb.

 

Azərbaycan Avropa reytinqində iki komanda ilə təmsil olunub. Ən yaxşı klubumuz “Azəryol” ilk “100-lük”də mövqeyini yaxşılaşdırıb.

 

Ötən cədvəldə 94-cü olan paytaxt klubu 154 xalla 89-cu pilləyə yüksəlib. 5 addım irəliləyən bakılılar “Kür”un sıçrayışına həsəd apara bilər.

 

Mingəçevir klubu daha böyük irəliləyiş əldə edib. 34 xala malik “Kür” irəli 25 addım atıb. Təmsilçimiz 196-cı yerdən 171-ciyə yüksəlib.

 

Qeyd edək ki, cədvələ hesabında 1682 xal olan Macarıstan “Qyori Audi ETO”su başçılıq edir.

Xəbər lenti