[b]“Azərbaycan yığması “silahları” ilə bizə çətin anlar yaşatdı”[/b]
23.09.2017 - 11:43
[b]“Azərbaycan yığması “silahları” ilə bizə çətin anlar yaşatdı”[/b]

“Matça çox yaxşı başladıq. İlk setdə Azərbaycan yığmasına çətin anlar yaşatdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Alberto Salomoni deyib.

 

Avro-2017-nin qrup mərhələsində ilk oyunlarını Azərbaycan millisinə qarşı keçirən macarlar 0:3 hesablı məğlubiyyətə üzülüblər.

 

Oyunla bağlı fikirlərini bildirən Salomoni komandasının çıxışından razı qaldığını söyləyib: “Çox yaxşı strategiyaya sahibik. Qızlar görüşün əvvəlində bu strategiyaya uyğun hərəkət etməyi bacardılar. Təəssüf ki, yaxşı çıxışa baxmayaraq, birinci setdə məğlub olduq. Halbuki həmin seti öndə bitirsəydik, əminəm ki, oyunun axarı dəyişəcəkdi. İlk yarıda məğlub olduqdan sonra Azərbaycan yığması sakit oynamağa başladıq. Daha sonra isə rəqib Polina Rəhimov və Natalya Məmmədova kimi “silahları” ilə bizə çətin anlar yaşatdılar. Düşünmürəm ki, zəif çıxış etdik. Sadəcə, Azərbaycan yığması daha yaxşı oynamağa başladı. Növbəti görüşlərdə də məğlub ola bilərik. Buna baxmayaraq, eyni şeyləri təkrarlayacağıq. Rəqibə çətin anlar yaşadacağıq və əlimizə şans düşərsə, bundan yararlanmağa çalışacağıq”.

 

Qeyd edək ki, Macarıstan A qrupunun II turu çərçivəsində bu gün Polşa ilə üz-üzə gələcək.

0