12 Dekabr 21:14 “Azərreyl” səfərdən məğlub dönür - YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 12 Dekabr 21:14
1333 baxış

“Azərreyl” səfərdən məğlub dönür - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın vitse-çempionu “Azərreyl” mərhələnin ilk günündə meydana çıxıb.

 

Bakı təmsilçisi Rumıniyada “Ştiinta”nın qonağı olub. “Dəmiryolçular” cütün favoriti hesab edilsələr də, qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. 

 

İlk iki set rumınların üstünlüyü ilə yekunlaşıb. Komandamızın gücü sadəcə bir setdə qələbə qazanmağa çalışıb. Ancaq sonuncu, həlledici hissədə də üstün olan rumınlar doğma meydanda 3:1 hesablı qələbəyə seviniblər.

 

 

Çelenc Cup

1/16 final, ilk oyun

12 dekabr

“Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)

Hakimlər: Ebru Ayata (Türkiyə), Georgios Georgouleas (Yunanıstan)

Bakau, “Sporturilor” Sarayı

 

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova

Xəbər lenti

Xəbər lenti