17 Oktyabr 16:13 “Azərreyl”də müqavilə günü
TOP OYUNLARI xəbərləri 17 Oktyabr 16:13
710 baxış

“Azərreyl”də müqavilə günü

“Azərreyl” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Klubdan apasport.az saytına verilən məlumatına görə, “dəmiryolçular” baş məşqçi Famil Ağayev və libero Valeriya Məmmədovanın ardınca daha 5 voleybolçusu ilə müqaviləni yeniləyiblər.

 

Belə ki, yığmamızın hücumçusu Yekaterina Jidkova, liberosu Ceyran Əliyeva, blokçular Aynur Kərimova ilə Ayşən Abduləzimova və toppaylayıcı Şəfaqət Həbibova 2017/2018 mövsümündə də “Azərreyl”in uğurları üçün çalışacaqlar.

 

Qeyd edək ki, “Çelenc Cup”da oynayacaq “Azərreyl” bu oyunçulardan öncə Argentina millisinin hücumçusu Tanya Akosta ilə də 1 illik razılıq əldə edib. 

 

Xəbər lenti