[b]“Azəryol” avrokubok üçün səfərə getməkdən “qaçdı”[/b]
26.12.2017 - 10:16
[b]“Azəryol” avrokubok üçün səfərə getməkdən “qaçdı”[/b]

Həndbol üzrə qadınlardan ibarət “Azəryol” klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsindəki oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avrokubokdakı yeganə təmsilçimiz İsveç “Kristianstad”ı ilə hər 2 görüşü Bakıda keçirəcək.

 

“Azəryol”un ilk matçı fevralın 2-nə təsadüf edəcək. Bu qarşılaşmada “Kristianstad” nominal ev sahibi olacaq. İkinci görüş isə 1 gün sonra baş tutacaq.

 

“ABU Arena”da təşkil olunacaq oyunlar saat 17:00-da start götürəcək.  

0