27 Oktyabr 15:31 “Azəryol” yunanlara əmanət
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 15:31
575 baxış

“Azəryol” yunanlara əmanət

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin III təsnifat mərhələsinin hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının gümüş medalçısı “Azəryol”un Lüksemburq “Dudelanj”ı ilə görüşləri yunanıstanlı ədalət təmsilçilərinə həvalə edilib. Noyabrın 18-də və 19-da səfərdə baş tutacaq qarşılaşmalarda Mixail Mertinian və Evangelos Sirepisios söz sahibləri olacaqlar.

 

Görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını isə almaniyalı Frank Böllhoff yerinə yetirəcək. 

Xəbər lenti

Xəbər lenti