[b]Beynəlxalq Həndbol Federasiyası yığmamızı “sildi”[/b]
25.05.2018 - 13:00
[b]Beynəlxalq Həndbol Federasiyası yığmamızı “sildi”[/b]

Beynəlxalq Həndbol Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmalarının adı yenə heç bir cədvələ daxil edilməyib.  

 

Belə ki, komandalarımızın adı qadınlar, kişilər, gənclər və yeniyetmələrin siyahısında yoxdu. Hər cədvələ 50 ölkə salınıb. Bu, siyahıda sonuncuların 1 xalı olması ilə bağlıdı. Yerdə qalan ölkələr isə Azərbaycan kimi 0 xal həddini aşa bilmirlər. 

 

Yığmalarımızın aktivində xal olmaması isə son illərdə reytinq xalı verən ciddi yarışlara qatılmamasıdı. Həndbolçularımız yalnız ölkədaxili birinciliklərlə və legionerlər hesabına avrokuboklarda iştirakla kifayətlənirlər.

0