[b]“Bizim üçün ən çətin rəqib Azərbaycandı” [/b]
22.05.2018 - 13:00
[b]“Bizim üçün ən çətin rəqib Azərbaycandı”  [/b]

“Komandamız çox gəncləşib. Amma hamımızın bir arzusu var. Gənclər və təcrübəlilər birgə uğura nail olmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin voleybolçusu Mariya Karakaşeva deyib.

 

Karyerasında müəyyən fasilə yaranan və 4 ildən sonra ölkəsinin əsas komandasına qayıdan 30 yaşlı hücumçu Qızıl Avropa Liqası ilə bağlı hədəflərini açıqlayıb. O bildirib ki, A qrupundan Portuqaliya və Ukrayna ilə müqayisədə əsas rəqibləri Azərbaycan yığmasıdı: “Müəyyən müddət idi ki, komandada olmadığımdan rəqiblər barədə ətraflı məlumata malik deyiləm. Fikrimcə, bizim üçün ən çətin rəqib Azərbaycandı. Öncə qrupu adlamağı planlaşdırırıq. Bunun üçün çox çalışırıq. Bu, yazın ilk hədəfidi. Məqsədimizə çatacağımıza inanıram. Ardınca isə dünya çempionatı haqda fikirləşəcəyik”.

 

Qeyd edək ki, Azərbaycan Bolqarıstanla ilk oyununu mayın 26-da səfərdə keçirəcək.

0