[b]“Bu sistem yaxşı nəticə gətirəcək” – Azərbaycan yığmasının məşqçisi[/b]
26.05.2018 - 12:20
[b]“Bu sistem yaxşı nəticə  gətirəcək” – Azərbaycan yığmasının məşqçisi[/b]

“Bolqarıstanla qarşılaşmada topu oyun daxiletmələr həlledici amil olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Qızıl Avropa Liqasının III turunun Bolqarıstanla görüşü barədə fikirlərini açıqlayan çalışdırıcı əsasən gənclərdən təşkil olunan yığmamızın uğura doğru addımladığını qeyd edib: “Əlbəttə, yaxşı blok və əlaqə da daha bir vacib elementdi. Bu amil də vəziyyəti dəyişə bilər. Bolqarıstan yığmasının güclü hücumçuları var. Onların qarşısını almaq üçün blokda və müdafiədə yaxşı oynamalıyıq. Bolqarıstan millisinin yaxşı komanda olduğunu bilirik. Biz bu turnirdə ən böyük ulduzlarımız olmadan çıxış edirik. Amma çox sayda gənc voleybolçularımız var. Artıq iki qələbə qazanmışıq. Hesab edirik ki, oyundan-oyuna, addım-addım artıracağıq və bizim bu sistem yaxşı nəticə  gətirəcək”.

 

 

0