[b]“Dadlı, ləzzətli yeməklər, əsrarəngiz çarpayı...” – Bakı xatirəsi[/b]
03.10.2017 - 11:05
[b]“Dadlı, ləzzətli yeməklər, əsrarəngiz çarpayı...” – Bakı xatirəsi[/b]

Belarus millisinin voleybolçusu Oksana Kovalçuk Azərbaycan və Gürcüstanın ev sahibliyi etdiyi Avropa çempionatındakı çıxışlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yarışı 9-cu yerdə bitirməklə, Avro-2019-a vəsiqə qazanan 38 yaşlı hücumçu Bakıdakı günlərini xatırlayıb.

 

- Siz vaxtı ilə “Azərreyl”in (2011/2012, 2014/2015 - red) heyətində çıxış etmisiz. Özünüzü Azərbaycanda rahat hiss edirdizmi?

- Burda 2 mövsüm keçirmişəm. Yaxşı şəhərdi. Azərbaycanda qadın voleybolunu sevirlər. Həmişə köhnə dostları görmək xoşdu. Məni Bakıda xatırlayırlar və tanıyırlar. Həm də dəstəkləyib, azarkeşlik edirdilər.

 

- Avropa çempionatının qrup mərhələsində çıxış etdiyiniz Tiflislə növbəti oyunları keçirdiyini Bakı arasında fərq böyük idimi?

- Bu idman növü Gürcüstanda o qədər də populyar deyil. Bu da tribunadakı azarkeş sayında özünü göstərir. Yaxşı ki, orda belaruslular vardı, gəlib bizə azarkeşlik edirdilər. Bakıda azarkeş sayı daha yüksəkdi. Həm də ki, biz keçmiş SSRİ ölkələriyik. Buna görə də Çexiya və Belarus oynayanda Bakıda bizi dəstəkləyirdilər. Biz Azərbaycan üçün daha yaxın və doğmayıq.

 

- Siz turnirin təşkilatçılığında nəyi dəyişərdiz?

- Burda hər şey möhtəşəmdi. Bu da çempionatda qalıb, daha uzun müddət mübarizə aparmaq üçün əlavə stimuldu. Bu, dadlı, ləzzətli səhər yeməyi və nahar, nömrədəki əsrarəngiz çarpayıdı. Azərbaycanda daha çox qalmaq istəyirdik. Çünki onlar çox səxavətli və qonaqpərvərdilər. Şərq ölkələri insanları ürəklərinin genişliyi ilə fərqlənirlər. Onlar həmişə qonaqları yerləşdirmək, yedizdirib, içirtməyə hazırdılar. Bununla da onlar ölkənin nə qədər zəngin və səxavətli olduğunu göstərirlər.

 

- Azərbaycanda oynadığınız zalın xüsusiyyəti nədən ibarət idi?

- Bakıda Milli Gimnastika Arenası çox rahat idi. Heç də hər yerdə ilk oyundan özünü belə inamlı hiss edə bilməzsən. Digər voleybolçuların reaksiyasına əsasən də onlara Bakıda rahat olduğunu deyə bilərəm. Bu, yeni zaldı. Mən “Azərreyl”də çıxış edəndə Milli Gimnastika Arenası hələ inşa edilirdi. Belə başa düşürəm ki, zal Bakı-2015 ərəfəsində hazırlandı. 

0