[b]DÇ: Yığmamız Türkiyə, Makedoniya və İslandiya ilə eyni qrupa düşdü [/b]
20.06.2018 - 09:49
[b]DÇ: Yığmamız Türkiyə, Makedoniya və İslandiya ilə eyni qrupa düşdü

[/b]

Qadın həndbolçular arasında dünya çempionatının I seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 4 illik fasilədən sonra yarışa qatılıb.

Qlazqoda baş tutan püşkatmada komandamız IV qrupda yer alıb. Rəqiblərimiz Türkiyə, Makedoniya və İslandiya həndbolçuları olacaq.

Reqlamentə əsasən, I seçmə mərhələdə 16 komanda 4 qrupda yarışacaq. Qrup qalibi isə pley-offda iştirak hüququ qazanacaq. I seçmə mərhələdən yüksələcək 4 yığmaya növbəti mərhələdə Xorvatiya, Çexiya, Danimarka, İspaniya, Almaniya, Macarıstan, Monteneqro, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveç və Avstriya qoşulacaq.

Ümumilikdə, Avropa qitəsinə 13 yer veriləcək. Fransa qitə çempionu (2017) kimi artıq final mərhələsindədi. “Köhnə qitə”dən birbaşa daha 3 ölkə də onlara qoşulacaq. Bu, AÇ-2018-in “üçlüy”ü olacaq. Digər 9 komanda isə pley-offların yekununa əsasən bilinəcək.

 

I seçmə mərhələnin qrupları

I qrup: Slovakiya, Kosovo, Ukrayna, İsrail

II qrup: İsveçrə, Farer adaları, Litva, Finlandiya

III qrup: Belarus, İtaliya, Portuqaliya, Yunanıstan

IV qrup: Türkiyə, Makedoniya, İslandiya, Azərbaycan

 

Qeyd edək ki, DÇ-2019-un final mərhələsi gələn il Yaponiyada olacaq. 24 ölkənin iştirakı ilə baş tutacaq həlledici mərhələ noyabrın 29-da start götürüb, dekabrın 15-də başa çatacaq.

0