[b]Debütantın Bəyaz müqaviləsi[/b]
31.10.2017 - 15:13
[b]Debütantın Bəyaz müqaviləsi[/b]

Azərbaycan Super Liqasının debütantı “Abşeron” daha bir voleybolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Bəyaz Əliyeva ilə danışıqları müsbət yekunlaşdırıb.

 

“Rabitə” və “Telekom”la ölkə çempionatının medallarını qazanmış 27 yaşlı libero ilə 1 illik müqavilə imzalanıb. 170 sm boya malik Əliyeva komandaya baş məşqçi Eldar Yusubovun istəyi ilə gətirilib.

 

Transfer bazarının fəallarından olan komandada bununla da oyunçuların sayı 9-a çatıb. Əliyevaya kimi “Abşeron” Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva, Fidan Əhmədxanova, Fidan Ağaməmmədova və Yekaterina Kalçenko (Ukrayna) ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Əliyeva bu gündən yeni klubunda məşqlərə də başlayıb. O, “Rabitə” ilə ölkə çempionu adını qazanıb, “Telekom”la qızıl və gümüş medalçı olub. 

0