11 Yanvar 09:21 Dəniz Yılmaz yeni klubu ilə müqavilə bağladı
TOP OYUNLARI xəbərləri 11 Yanvar 09:21
595 baxış

Dəniz Yılmaz yeni klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı forvard karyerasını elə bu ölkədə davam etdirəcək.

 

Belə ki, bursalıların çoxdandı transferə çıxardıqları oyunçu “Gənclərbirliyi” ilə anlaşıb. Superliqada qalmaq uğrunda mübarizə aparan “Gənclərbirliyi” yığmamızın üzvü ilə 1,5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a 2016-cı ildə “Trabzonspor”dan keçmişdi.

Xəbər lenti