[b]“Dördlər finalı”nın iştirakçıları bilindi[/b]
06.04.2018 - 10:00
[b]“Dördlər finalı”nın iştirakçıları bilindi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/3 final mərhələsinin yekununa əsasən yoluna davam edəcək 3 klub müəyyənləşib.

 

Belə ki, “Konegliano”nun (İtaliya) ardınca “Vakıfbank”la “Qalatasaray” da adını yarımfinala yazdırıb. Türkiyə komandaları müvafiq olaraq, “Volero” (İsveçrə) və “Novara”nı (İtaliya) mübarizədən kənarlaşdırıblar.

 

Beləliklə, “Dördlər finalı”nda ev sahibi olan Rumıniya “Alba”sı “Konegliano” ilə üz-üzə gələcəyi halda, digər cütdə “Vakıfbank”la “Qalatasaray” bir-birini sınağa çəkəcək. Yarımfinal oyunları mayın 5-də, mükafatlar uğrunda görüşlər isə bir gün sonra baş tutacaq. Həlledici mərhələ isə Buxarestdə olacaq.

 

Qeyd edək ki, “Konegliano” yığmamızın hücumçusu Natalya Məmmədovanın da formasını geyindiyi Kazan “Dinamo”suna qalib gəlmişdi.

0