[b]Dünya çempionatında Azərbaycanın daha 2 rəqibi bilindi[/b]
28.08.2017 - 09:34
[b]Dünya çempionatında Azərbaycanın daha 2 rəqibi bilindi[/b]

Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatına daha 2 yığma vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, bu, DÇ-2018-in Avropa zonası üzrə pley-off matçlarının yekununa əsasən rəsmiləşib.

 

Belə ki, Hollandiyada baş tutan mərhələni ev sahibləri qalib kimi başa vuraraq, Tokioya bilet sifariş ediblər. Onlar keçirdikləri 5 matçın hamısını qələbə ilə bitiriblər. İkinci vəsiqə isə yalnız “narıncılar”a uduzan Bolqarıstan millisinə qismət olub.

 

Bununla da mundialın 24 iştirakçısından 11-nin adına aydınlıq gəlib. Bunlar ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya və Bolqarıstan milliləridi. Digər komandalar isə Asiya və Okeaniya, Şimali Amerika və Afrika zonaları üzrə baş tutacaq yarışların nəticəsinə əsasən bilinəcək. 

0