2 Oktyabr 15:56 Federasiya həndbolçuları Bakıdan “qaçırır”
TOP OYUNLARI xəbərləri 2 Oktyabr 15:56
565 baxış

Federasiya həndbolçuları Bakıdan “qaçırır”

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çelenc Cup”ın III raundundakı oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Nur”un ardınca ABU-nun xələfi də yerli azarkeşlər qarşısında oynamaqdan “qaçıblar”.

 

Belə ki, federasiyanın nəzarətində olan Bakı təmsilçi Lüksemburq “Dudelanj” ilə hər iki qarşılaşmanı səfərdə keçirməyə razılaşıb. Oyunlar oktyabrın 18-də və 19-da olacaq. “Azəryol” ikinci matçda nominal ev sahibi sayılacaq.

 

İlk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, EHF kubokunda mübarizə aparan Azərbaycan çempionu “Nur” da Danimarka “Viborq”u ilə görüşlərin hər ikisini səfərdə keçirəcək. 

Xəbər lenti