18 Aprel 13:10 “Fənərbaxça” serbiyalı məşqçiyə tapşırıldı
TOP OYUNLARI xəbərləri 18 Aprel 13:10
380 baxış

“Fənərbaxça” serbiyalı məşqçiyə tapşırıldı

Qadın voleybolçulardan ibarət “Fənərbaxça” klubunu 2018/2019 mövsümündə yeni baş məşqçi çalışdıracaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın məxsus olduğu İstanbul təmsilçisi serbiyalı Zoran Terziçlə anlaşıb.

 

Hazırda Moskva “Dinamo”sunun “sükanı arxasında” olan təcrübəli mütəxəssis ən azı bir il Türkiyə klubunu çalışdıracaq. Onunla müqavilənin müddətinin uzadılması da istisna olunmur. 51 yaşlı Terziç bu postda belçikalı Jan de Brandtın gedişindən sonra komandaya rəhbərlik edən köməkçi məşqçi Salih Tavaçını əvəzləyib.

 

Qeyd edək ki, Serbiya millisini də çalışdıran “Fənərbaxça”nın yeni baş məşqçisi ötən il Bakıda keçirilən Avropa çempionatının qızıl medalına da yiyələnib.

Xəbər lenti