Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici oyunlara aprelin 19-da start veriləcək.
Öncə 3-cü yer uğrunda “Neftçi” ilə MOİK, ardınca çempionluq üçün “Lokomotiv”lə “Sərhədçi” üz-üzə gələcək. 2 gün sonra da eyni saatda 15:00-da və 17:00-da komandalar ikinci dəfə qarşılaşacaqlar.
2 oyunda qələbə qazanacaq komanda qalib olacaq. Əgər cütlərdə hər klub bir dəfə üstün olarsa, aprelin 23-də onlar arasında daha bir görüş təşkil ediləcək.
Yüksək Liqa
19 aprel
İlk oyunlar
3-cü yer uğrunda
15:00. “Neftçi” – MOİK
Voleybol Mərkəzi
Final
17:30. “Lokomotiv” – “Sərhədçi”
Voleybol Mərkəzi
21 aprel
İkinci oyunlar
3-cü yer uğrunda
15:00. “Neftçi” – MOİK
“Sərhədçi” Olimpiya İdman Mərkəzi
Final
17:30. “Lokomotiv” – “Sərhədçi”
“Sərhədçi” Olimpiya İdman Mərkəzi
23 aprel
Üçüncü oyunlar (ehtiyac olarsa)
3-cü yer uğrunda
15:00. “Neftçi” – MOİK
Voleybol Mərkəzi
Final
17:30. “Lokomotiv” – “Sərhədçi”
Voleybol Mərkəzi