26 May 13:04 “Finala doğru daha bir addım atmalıyıq” – bolqarıstanlı voleybolçu
TOP OYUNLARI xəbərləri 26 May 13:04
297 baxış

“Finala doğru daha bir addım atmalıyıq” – bolqarıstanlı voleybolçu

“Həm Azərbaycan, həm Bolqarıstan yığmasının iki qələbəsi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Bolqarıstan millisinin oyunçusu Silvana Çauşova deyib.

 

O bildirib ki, komandası Qızıl Avropa Liqasının bu gün keçiriləcək oyununda Azərbaycan millisini məğlub etməyə köklənib: “Hesab edirəm ki, bu iki komandanın dueli qrupun ən yaxşı oyunu olacaq. Biz hər top, hər set, hər oyun üçün mübarizə aparırıq. Qalib gələcəyimizə ümid edirəm. Budapeştdə keçiriləcək finala doğru daha bir addım atmalıyıq”.

Xəbər lenti