[b]“Finalda biz olmalı idik” – bürünc mükafatçı[/b]
05.04.2018 - 00:02
[b]“Finalda biz olmalı idik” – bürünc mükafatçı[/b]

“Bu gün finalda biz oynamalı idik. Oyunçularımızın bəzi zəif cəhətlərindən rəqib istifadə elədi və yekunda bürünc medal qazanmalı olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri ATU-nun baş məşqçisi Cəlal Babayev deyib.

 

Kişilər arasında voleybol üzrə I Liqanın üçüncülük matçında “Astoriya” ilə qarşılaşan “həkimlər” 3:1 hesablı qələbə qazanıblar.

 

Tibb Universitetinin komandasının çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb: “Yenə də təbrik edirəm. Öz tələbələrimizdi, öz zəhmətimizlə yetişdirdiyimiz oyunçulardı. Təşəkkür edirəm hər birinə. Gələn mövsümdə Yüksək Liqada çıxış etmək və daha yaxşı oynamaq istəyirik”.

0