[b]Gürcüstan millisinin Azərbaycan çempionatındakı oyunlarının vaxtı dəqiqləşdi[/b]
15.02.2017 - 11:32
[b]Gürcüstan millisinin Azərbaycan çempionatındakı oyunlarının vaxtı dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən Gürcüstan millisinin Bakıya növbəti səfərinin tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatda keçirdiyi 8 matçda cəmi 1 set qazanan qonşu ölkə təmsilçisi fevralın 24-də paytaxtımızda olacaq.

 

Həmin gündən başlayaraq təxirə salınan 4 oyununu keçirəcək gürcülər ardından yenidən vətənlərinə qayıdacaqlar.

 

Oyunların təqvimini təqdim edirik:

 

24 fevral

17:00. “Telekom” – Gürcüstan

“Gənclik” Olimpiya Kompleksi

 

25 fevral

17:00. “Azərreyl” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi

 

26 fevral

17:00. “Azəryol” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi

 

27 fevral

12:00. “Lokomotiv” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi

0