[b]Həmyerlimizin komandası Ukrayna çempionatında liderlik edir[/b]
26.10.2017 - 18:05
[b]Həmyerlimizin komandası Ukrayna çempionatında liderlik edir[/b]

Kişi voleybolçular arasında Ukrayna çempionatında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunda həmyerlimiz Vasif Talıbovun baş məşqçisi olduğu "Vinnitsa" “Dnepr”lə üz-üzə gəlib.

 

Görüş təmsilçizinin komandasının 3:0 (25:14, 25:23, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu qələbədən sonra "Vinnitsa" Ukrayna çempionatına liderlik edir. "Qırmızı-qaralar" keçirdiyi 4 oyunun hamısında qalib gəlib və "Novator"la birgə 12 xalla şərikli liderdi. 


Qedy edək ki, Talıbov "Rabitə" və "Telekom"da məşqçi kimi fəaliyyət göstərib.

0