22 Sentyabr 16:28 Hollandiya – Belçika matçı azərbaycanlıya tapşırıldı
TOP OYUNLARI xəbərləri 22 Sentyabr 16:28
616 baxış

Hollandiya – Belçika matçı azərbaycanlıya tapşırıldı

Qadın voleybolçular arasında keçirilən Avro-2017-nin hakimləri siyahısında azərbaycanlı hakim yer alacaq. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov artıq ilk təyinatını alıb.

 

Həmyerlimiz Göygöldə keçiriləcək D qrupunun matçlarını idarə edəcək. Zülfüqarov ilk turda Hollandiya – Belçika görüşündə iş başında olacaq. Ona ikinci hakim funksiyası tapşırılıb. Bu gün saat 20:00-da start götürəcək görüşdə əsas referi isə almaniyalı Sabine Vitta olacaq. 

Xəbər lenti