24 İyun 14:24 “İlk qələbəmizi qazanmağa çalışacağıq” – millimizin baş məşqçisi
TOP OYUNLARI xəbərləri 24 İyun 14:24
1377 baxış

“İlk qələbəmizi qazanmağa çalışacağıq” – millimizin baş məşqçisi

“Oyunu xeyrimizə dəyişmək üçün bir neçə dəfə imkanımız oldu. Bu, xüsusilə ikinci və üçüncü setlərə təsadüf etdi. Lakin bu şansdan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

 

Gənc mütəxəssis komandasının Avropa Liqasının IV turunda Albaniya ilə oyununu şərh edib. O bildirib ki, bu rəqibə ikinci matçda da uduzmalarında səhvləri rol oynayıb: “Birinci hissədə etdiyimiz səhvlər növbəti hissələrdə əleyhimizə işlədi. Amma bunu unudub, növbəti matçlarda ilk qələbəmizi qazanmağa çalışacağıq”.

 

Qeyd edək ki, albanlar yığmamıza 3:0 (25:16, 25:22, 32:30) hesabı ilə qalib gəliblər.

 

Xəbər lenti