İsrail voleybol yığması Azərbaycanı tərk edib
09.04.2008 - 13:25
İsrail voleybol yığması Azərbaycanı tərk edib
Bakı. Kənan Həsənov-APA-Sport. Quba Olimpiya Kompleksində təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol milli komandası İsraillə növbəti iki yoxlama oyununda qüvvəsini sınayıb. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız ilk oyunda rəqibinə məğlub (2:3) olsa da, növbəti matçda eyni hesabla qalib gəlib. İsrail millisi bu görüşlərdən sonra Qubanı tərk edib. Komandamız isə daha bir neçə gün hazırlığını davam etdirəcək.
Qeyd edək ki, komandalar əvvəlki dörd oyunda da hərəyə iki dəfə qələbə qazanıb.
0