12 Noyabr 15:02 Kapitan oynadı, komandası qalib gəldi
TOP OYUNLARI xəbərləri 12 Noyabr 15:02
2729 baxış

Kapitan oynadı, komandası qalib gəldi

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” səfərdə “Nilüfer Belediyespor”la qarşılaşıb.

 

Görüş voleybolçumuzun komandasının qələbəsi ilə başa çatıb. “Seramiksan” rəqibini 3:2 (21:25, 25:14, 16:25, 25:19, 15:9) hesabı ilə məğlub edib. 

 

Həmyerlimiz sözügedən qarşılaşmanın iştirakçısı olub.

  

Qeyd edək ki, “Seramiksan” 7 oyundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

 

Xəbər lenti

Xəbər lenti