15 May 00:57 Keçmiş “Real”lı Portuqaliya millisindən imtina etdi
TOP OYUNLARI xəbərləri 15 May 00:57
625 baxış

Keçmiş “Real”lı Portuqaliya millisindən imtina etdi

Fabio Koentrao Portuqaliya millisində oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi DÇ-2018 üçün açıqlanan heyətdə yer almaq istəməyib.

 

Bu barədə “Sportinq”in üzvü özü açıqlama verib. O, feysbuk səhifəsində yaxşı formada olmadığını və bu səbəbdən mundialda milli ilə birlikdə olmaq istəmədiyini yazıb. Komanda yoldaşlarına uğur arzulayan sol cinah oyunçusu yığmaya azarkeş kimi dəstək olacağını bildirib.

 

2009-cu ildən Portuqaliya millsinə dəvət alan keçmiş “Real”lı qarşıdakı illərdə yenidən yığmada olmağın əleyhinə deyil.

 

Qeyd edək ki, Portuqaliya DÇ-2018-də İspaniya, Mərakeş və İranla eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti