[b]“Keşlə” baş məşqçisiz başladı[/b]
20.06.2018 - 11:03
[b]“Keşlə” baş məşqçisiz başladı[/b]

Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, komanda istirahətdən sonra bu gün ilk məşqinə çıxıb.

Paytaxt klubunu “İnter Arena”da məşqə köməkçi məşqçi Zaur İsmayılov çıxarıb. Buna səbəb baş məşqçi Yuri Maksimovun hələ də ölkəsi Ukraynada olmasıdı. Çalışdırıcı bir neçə saatdan sonra ölkəmizə yola düşəcək. Komandanı axşam məşqinə məhz Maksimovun çıxarması gözlənilir.

Qeyd edək ki, “Keşlə” bir həftəlik hazırlığın ardından iyunun 27-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

0