[b]“Komandamın qalib olması fərdi mükafatlardan xoşdu” – yığmamızın hücumçusu[/b]
25.12.2017 - 10:31
[b]“Komandamın qalib olması fərdi mükafatlardan xoşdu” – yığmamızın hücumçusu[/b]

“Komandamın qələbəsi yarışın ən dəyərli voleybolçusu seçilməkdən daha vacibdi. Təbii ki, fərdi mükafatlar da xoşdu. Amma “Dinamo”nin qalib olması ondan da önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.

 

Təcrübəli hücumçu Kazan “Dinamo”su ilə Rusiya kubokuna yiyələnib. Yarışda ikinci qələbəsini qazanan Məmmədova, həmçinin turnirin ən dəyərli oyunçusu seçilib. Həlledici görüşdə “Yenisey” üzərində 3:0 hesablı qələbədən sonra voleybolçu bildirib ki, növbəti hədəf Rusiya çempionluğudu: “Kuboka yiyələndiyimiz üçün xoşbəxtəm. Bu, mövsümdəki ilk titulumuzdu. Ümid edirəm ki, bu tempdə davam edəcəyik və böyük qələbələr qazanacağıq. İrəlidə hələ çox oyunlar var. “Dinamo”nun Rusiya çempionu olacağına da ümid edirəm”.

 

Məmmədova Rusiya kubokuna ilk dəfə 2002-ci ildə “Zareçye” ilə sahib olub. Həmin vaxtı xatırlayan hücumçu deyib ki, onda 18 yaşı olub və meydana sonradan çıxıb: “Həmin vaxt oynayırdım. Amma turnirin əvvəlindən yox. Zədəli oyunçunun əvəzinə meydana çıxdım. Həlledici görüşdə dəqiq oynamışam. Emosiyaya gəlincə, hər qələbə vacib və dəyərlidi”.

 

 

 

0