[b]“Lokomotiv”dən asan qələbə, “Neftçi” uduzdu - YENİLƏNİB[/b]
14.04.2018 - 19:22
[b]“Lokomotiv”dən asan qələbə, “Neftçi” uduzdu - YENİLƏNİB[/b]

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk matçında “Lokomotiv” MOİK-i sınağa çəkib.

 

Görüş gözlənildiyi kimi "dəmiryolçular"ın 3:0 hesablı asan qələbəsi ilə yekunlaşıb.

 

Ardınca “Sərhədçi” və “Neftçi” bir-birini sınağa çəkib. İlk seti "Neftçi" qazansa da, sonradan toparlanan Ziya Rəcəbovun komandası 3:1 hesabl ilə qalib gəlib.

 

Qeyd edək ki, 2 qələbə qazanacaq komanalar finala yüksələcək. Əgər 2 oyundan sonra hesab bərabər olarsa, üçüncü görüş təşkil olunacaq. 


Pley-off mərhələsi

İlk oyunlar

14 aprel

 

“Sərhədçi” – “Neftçi” - 3:1 (22:25, 25:20, 25:18, 25:22)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

“Lokomotiv” – MOİK - 3:0 (25:20, 25:20, 25:18)

Voleybol Mərkəzi

 

0