27 Fevral 22:26 Məmmədova və komandası məğlubiyyəti unutdu
TOP OYUNLARI xəbərləri 27 Fevral 22:26
300 baxış

Məmmədova və komandası məğlubiyyəti unutdu

Qadın voleybolçular arasında Çempionlar Liqasının VI tur davam edir. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su meydana çıxıb.

 

Tatarıstan təmsilçisi doğma meydanda “Maritza” ilə qarşılaşıb.

 

Görüş təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Polşalılarla oyunda Məmmədova komandasının qələbəsinə 10 xalla töhvə verib.

 

Bu qələbə “Dinamo”nun C qrupunda liderliyini rəsmiləşdirib. Bütün oyunlarında qələbə qazanan və aktivində 18 xalı olan rusiyalılar pley-offa birinci yerdə yüksəliblər.

Xəbər lenti