[b]Milli üzvü komandasına qələbə qazandırdı[/b]
21.02.2018 - 22:52
[b]Milli üzvü komandasına qələbə qazandırdı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının V tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su dogma meydanda “Xemik”lə qarşılaşıb.

 

Görüş təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Polşalılarla oyunda Məmmədova komandasının qələbəsinə 17 xalla töhvə verib. O, komanda yoldaşı İrina Koroleva ilə birlikdə hamını qabaqlayıb.

 

Natalya xallardan 11-ni hücumdan, 2-sini “servis”dən, 4-nü isə blokdan qazanıb.

 

Bu qələbə “Dinamo”nun C qrupunda liderliyini möhkəmlədib. Aktivində 15 xalı olan rusiyalılar artıq pley-offa vəsiqəni də təmin ediblər.  

0