[b] Millimiz Səudiyyə Ərəbistanını məğlub etdi - FOTOSESSİYA[/b]
01.05.2017 - 13:58
[b] Millimiz Səudiyyə Ərəbistanını məğlub etdi - FOTOSESSİYA[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Səudiyyə Ərəbistanı ilə üz-üzə gəliblər.

 

Qarşılaşma voleybolçularımızın 4:1 (25:23, 25:10, 25:20, 26:28, 15:13) hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, mayın 6-dək Sloveniyada hazırlıq keçəcək komandamız bu ölkədə ilk görüşü də 4:1 hesabı ilə aktivinə yazmışdı. Təmsilçimiz yerli “Maribor”dan üstün olmuşdu. 

0