[b]Millimiz Slovakiyaya qalib gəldi[/b]
14.05.2018 - 09:11
[b]Millimiz Slovakiyaya qalib gəldi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkib.

 

Yığmamız çətinlik çəkmədən qələbə qazanıb - 3:0 (25:19, 25:14, 25:12).


Komandamız ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub (Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi).

0