[b]Millimizdən ikinci qələbə - YENİLƏNİB[/b]
23.05.2018 - 19:44
[b]Millimizdən ikinci qələbə - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II tura start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması ikinci qarşılaşmasına da Bakıda çıxıb.

 

İlk turda Ukraynaya 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Portuqaliya voleybolçuları olub. Komandamız görüşdə aşkar favorit olsa da, ukraynalılarla matçdakı kimi yenə ilk seti uduzub.

 

Lakin növbəti setlərdə qonaqlar yığmamızın inamlı oyunu qarşısında tab gətirməyib. Millimiz ardıcıl ikinci qələbəsini bayram edib – 3:1.

 

Qeyd edək ki, qrupumuzun digər görüşündə Bolqarıstan Ukrayna ilə oynayacaq.

 

Qızıl Avropa Liqası

A qrupu

II tur

23 may

Azərbaycan – Portuqaliya – 3:1 (24:26, 25:17, 25:14, 25:17)

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

2

2

0

6-2

193-175

6

2

Bolqarıstan

1

1

0

3-0

75-50

3

3

Ukrayna

1

0

1

1-3

93-94

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 

0