[b]Millimizin hücumçusu Fransa klubu ilə müqavilə bağladı[/b]
09.10.2017 - 15:05
[b]Millimizin hücumçusu Fransa klubu ilə müqavilə bağladı[/b]

Azərbaycan millisinin daha bir voleybolçusu karyerasını ölkə xaricində davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, son mövsüm “Azərreyl”də oynayan Anastasiya Qurbanova “dəmiryolçular”la vidalaşıb.

 

28 yaşlı hücumçu yeni ildə Fransa klubunda oynayacaq. O, 2017/2018 üçün artıq “Venel”lə müqaviləsini rəsmiləşdirib. Rusiyanın “Proton” klubunda da forma geyinmiş Qurbanova yeni komandasında 13 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Anastasiya Azərbaycanda “Azəryol” və “Azərreyl” klublarının da şərəfini qoruyub. 

0