[b]Millimizin hücumçusu Fransada hamıdan güclü oldu[/b]
20.11.2017 - 19:51
[b]Millimizin hücumçusu Fransada hamıdan güclü oldu[/b]

Fransa çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Anastasiya Qurbanova şərəfini qoruduğu “Venel” səfərdə “Evro” komandasına qalib gəlib.

 

3:0 hesab ilə başa çatan oyunda Qurbanova 21 xal toplayıb. O, komandasının və matçın ən məhsuldar oyunçusu adına da yiyələnib.

Qeyd edək ki, 6 turdan sonra “Venel” 6-cı yerdə qərarlaşıb, komandanın 9 xalı var.

0