[b]Millimizin oyunçusu Türkiyədə əməliyyat olundu - FOTO[/b]
17.11.2017 - 15:57
[b]Millimizin oyunçusu Türkiyədə əməliyyat olundu - FOTO[/b]

Azərbaycan millisinin voleybolçusu Yana Kulan əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, “Beylikdüzü”nin şərəfini qoruyan hücumçu Türkiyədə cərrahiyə əməliyyatı edilib.

 

Belə ki, Kulan son matçlarda lazımı oyunu göstərə bilmirdi. Bu səbəbdən də sol əlini əməliyyat etdirib. Hücumçunun həkimi əməliyyatın uğurlu keçdiyini və Kulanın tezliklə meydana dönəcəyini deyib.

 

Qeyd edək ki, bir qədər öncə millimizin liberosu Oksana Kiselyova da Türkiyədə əməliyyat olunub. O, 6 ay sonra karyerasını bərpa edəcək. 

0