25 May 09:18 Millimizin oyunu yunanıstanlı hakimə tapşırıldı
TOP OYUNLARI xəbərləri 25 May 09:18
308 baxış

Millimizin oyunu yunanıstanlı hakimə tapşırıldı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının III turunun hakimləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan – Azərbaycan matçı da idarə edəcək referilər dəqiqləşib.

 

Belə ki, mayın 26-da baş tutacaq görüşdə əsas hakim Aleksandros Milonakis (Yunanıstan) olacaq. Ona bolqarıstanlı Çavdar Marev köməklik edəcək.

 

Qeyd edək ki, Xristo Botev Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər lenti