[b]Natalya Məmmədova “Dinamo”dan ayrıldı [/b]
11.05.2018 - 10:55
[b]Natalya Məmmədova “Dinamo”dan ayrıldı [/b]

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Kazan “Dinamo”su ilə vidalaşıb. Apasport.az saytının “rsport”a istinadən məlumatına görə, 34 yaşlı hücumçu yeni mövsümdə Tatarıstan təmsilçisinin heyətində olmayacaq.

 

Bu səbəbdən onun bir müddət öncə bağladığı müqavilə qarşılıqlı razılıq əsasında qüvvədən düşüb. Məmmədovanın Rusiyada digər klubla danışıq apardığı bildirilir. Onunla yanaşı, bolqarıstanlı Elitsa Vasileva da “Dinamo”dan ayrılıb.

 

Qeyd edək ki, Natalya 2017/2018 mövsümündə Kazan təmsilçisi ilə Rusiya kubokunu və Super Liqanın gümüş medalını qazanıb.

0