Natalya Məmmədova İsveçrə çempionu olub
08.04.2008 - 17:26
Natalya Məmmədova İsveçrə çempionu olub
Bakı. Kənan Həsənov – APA-Sport. İsveçrənin qadınlar arasında voleybol çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın həlledici mərhələsində milli komandamızın üzvü Natalya Məmmədovanın məxsus olduğu “Volero” klubu dünən “Şaffhauzen”lə qarşılaşıb. Pley-off mərhələsi yeddi oyundan ibarət olsa da, çempionatın qalibi dörd görüşün yekununa əsasən müəyyənləşib. Rəqibini ardıcıl dörd qarşılaşmada məğlub edən “Volero” qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, bu, bir müddət əvvəl İspaniyanın “İkaro Palma” klubuna icarəyə verilən N.Məmmədovanın ikinci çempionluğudur. 24 yaşlı həmyerlimiz iki il əvvəl də İsveçrə çempionu titulunu qazanıb.
0